Çavuşoğludan BBC-yə sərt reaksiya

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu dövlət çevrilişinə cəhddən sonra hökumətin atdığı addımları tənqid edəcək birini tapmadığını yazan BBC müxbirinə sərt reaksiya verib
Axar.az xəbər verir ki, XİN rəhbəri Tvitter hesabında BBC müxbiri Ceyms Brayna belə reaksiya verib: "BBC çevriliş təşəbbüsünü müdafiə edir və hökumətə hücum edəcək birini tapmadığı üçün kədərlidir".pia.az