Sumqayıtda tələbə oğlan intihar edib

Ağdam sakini Sumqayıtda intihar edib
 APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdam rayon Mirəşelli kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Əfqan Maqsud oğlu kirayə qaldığı evdə intihar edib. Yaxınlarının bildirdiyinə görə, Əfqan Məmmədov Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. pia.az