İlham Əliyevdən Misirin dövlət başçısına təbrik

Məktub Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə göndərilib
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab prezident,Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".pia.az