“Ömür gedir, qəzetçi”

Milli mətbuat və Jurnalistika günü münasibətilə Nərmin Kamalın “Qəzetçi” şeirini təqdim edirik
O yatmaq istərdi səhərləri doyuncaCanından illərin yorğunluğu çıxıncaamma yatmayacaqSaaat 8.30-daevi sökülənlərinheç kimə yetməyən şikayətivə dərdi gözləyir onuMəmurların əvəzinətuturlar qəzetçinin qolunuNiyə belə edirsiz deyirlərNiyə belə edir dövlətiniz?Saat 12 qəhvəsini buraxdıtoplantıya tələsdi qəzetçiYeni tanışlıqlar yeni dərdlərƏcəba Vartan Oskanyan bunu nədən demiş ola bilər?O günorta yeməyiniyolda da yeyə bilərsaat 14-dəBakıya gələn erməniləri qarşılamaq gərəkSormaq gərək onlardan kinəyə gülürsünüzSaat 16-daQAT-ın edəcəyi etirazın xeyri varmı?səndə artıq qələm varmı?Həftəyə bir dəftərçəGünə bir qələmyeni xəbərlərə tükədir həyatınıBir gün əvvəlki xəbərbu gün lazım deyil kimsəyəBir il əvvəlki gündəmlərə görə aldığı təşəkkürlərbu gün onu deyənin belə yadına düşməzSənin yazdığın bir Bakı-Ceyhan xəbəridirəsər deyil ki, qəzetçiAmma bunu düşünmə, qəzetçiBelə fikirlər işinə çox təhlükəliBənzəri sabun köpüyüdür işininÜfüq qədər yorucu həyatınındəyəri aylıq maaş qədərdirmiTerror yazısını yuxarı atCəsarətin ən yüksək həddindəhəyatını təhlükəyə atıb çəkdiyin fotolarınömrü bir gün olacaqküçə tualetlərinə tullanacaqtapdanmağa bulanmağaSən bunları düşünmədüşünmə heç vaxt, qəzetçiBaşını qarışdır dolların qalxan qiymətinəXəzərin bölünən dibinəvə bölünməyən səthinəİşıqların tez-tez sönməsinəQələmin yalan yazmadıvicdanın təmiz təqdim etdi doğrunuinsanlara deyəqürur duyHər şey ola bilərİncitdiyin şairin ölüm xəbəri gələ bilərBir millət vəkilisözünü təhrif etdin deyəhədələyə bilərQorxma, qəzetçiÖzünə gəlmək üçünBir ay dincəlməyə belə qalxmaİşin zəncirdiritirərsən olayların əvvəliniDönəndə Əmlak Komitəsi deyərsənGülərlər sənəBu bir həftədir nazirlik oldu deyərlərErmənistan yenə pozdu atəşkəsiBu neçənci xəbərdirBu neçənci yenədirMüxalifətin daş basqısı necə son qoydu hər şeyəNecə oldu kisənə dediyi sözüdandı Dürüstlük Partiyasının sədriYazını çapa gedən qəzetdən çıxarmağanecə nail oldu vəkilNecə oğurlatdıçəkdiyin fotoları hərifCavab tapmağa çalışdığın suallaraverdiyin yorumlarsadəlövhdür, qəzetçiYalnız evə dönəndəqaldırıb göz qapaqlarınıhava rəngininuğradığı dəyişikliyi gördü qəzetçiürək dolusu nəfəs aldıNəfəsin tam ortasındadrrrut drrutAlosəhər 7-də ədliyyəçilər türmələri gəzdirəcək siziQəzetçi mətbəxə girdiaxşam yeməyi başladıOnu şam süfrəsinə dəvət etmişrəisi xatırladıQələmi satılar deyəimtina etdiyi şam yeməyiXəbərin var, deyir ailəsiCamaatı çıxarmaq istəyirlər evindən?Var deyir qəzetçi,xəbərim varXəbərin varErmənistan yenə pozub atəşkəsi?Var deyir,üç yaralımızdan xəbərim var deyir qəzetçiÖmür gedir, qəzetçiXəbərlərə qarışıb gedirNə olacaq bunun sonuDərd eləməXəbərin bol olsun, qəzetçi Nərmin Kamal(kulis)pia.az