“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi hələ məlum deyil“

"ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin mövqelərini yaxınlaşdırmaq üzərində işi davam etdirirlər"
Bunu Bakıda ABŞ-ın Müstəqillik günü münasibətilə təşkil edilən rəsmi qəbulda Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta deyib.Diplomat bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi hələ məlum deyil.Səfir xatırladıb ki, ABŞ-ın dövlət katibi ötən gün telefonla Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib: "ABŞ münaqişənin həllinə böyük səy göstərir". (Trend)pia.az