Badamdarda iki gün su olmayacaq

Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş verib və bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb
“Azərsu”ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq 1-2 iyul tarixlərində Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.pia.az