Mərkəzi Bankın valyuta ehtiyatları yenidən azaldı

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2016-cı il iyulun 1-nə 4 milyard 283,9 milyon dollar təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 milyard 236,3 milyon dollar və ya 49,83% azdır
AMB-dən verilən məlumata görə, may ayı ilə müqayisədə iyunda valyuta ehtiyatları 0,4 milyon dollar və ya 0,01% azalıb. Valyuta ehtiyatlarında 3 aylıq artımdan sonra azalma qeydə alınıb.pia.az