MİQ-23 qəzaya uğradı - Suriyada

Suriyanın paytaxtı Dəməşqin yaxınlığında MİQ-23 hərbi təyyarəsi qəzaya uğrayıb
Axar.az xəbər verir ki, Sputnik agentliyinə açıqlama verən hərbi mənbə təyyarənin təlim zamanı qəzaya uğradığını deyib. Onun sözlərinə görə, pilot paraşütlə təyyarədən tullanıb, amma vəziyyətinin necə olduğu məlum deyil. Təyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığı bildirilir. pia.az