Rza Zərrab özünə yeni vəkil tutub

Çirkli pulların yuyulmasında və dələduzluqda ittiham edilərək ABŞ-da saxlanılan Rza Zərrab onu həbs etdirən prokuror Prit Bhararanın ən yaxın dostlarından biri olan Viet Dinhi özünə vəkil tutub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb
Cənubi Azərbaycan əsilli türk iş adamı R.Zərrab Mayami hava limanında saxlanıldıqdan sonra hüquqlarının qorunması üçün ulduzların və mafiyanın vəkili kimi tanınan Bencamin Brafmanla müqavilə bağlamışdı. Amma sonradan R.Zərrab özünə daha bir vəkil tutdu. Onun yeni vəkili isə prokuror Bhararanın ən yaxın dostu Viet Dinhdir.Bharara və Dinh hər ikisi Harvard məzunlarıdır. Dinh 2002-2003-cü illərdə Amerikanın sabiq prezidenti Corc Buşun dövründə ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.Qeyd edək ki, R.Zərrab iyulun 6-da yenidən məhkəmə qarşısına çıxarılacaq.pia.az