Kreml Lavrovun Bakıya gələcəyini təsdiqlədi

Rusiya Xarici İşlər Nazirliyində Sergey Lavrovun KTMT XİN rəhbərləri Şurasının iclasında iştirak etmək üçün iyulun əvvəlində Ermənistana, sonra isə Azərbaycana səfər edəcəyini təsdiqləyiblər
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin bildirib.    “Əvvəlcə nazir iyulun 4-də keçiriləcək  KTMT XİN rəhbərləri Şurasının iclasında iştirak edəcək, sonra isə Azərbaycana səfər edəcək”, - deyə o bildirib. Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ötən gün almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə  Sergey Lavrovun İrəvandan sonra Bakıya səfər edəcəyini bildirib. pia.az