Neft Fondu devalvasiya nəticəsində əldə etdiyi gəliri açıqlayıb

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) ötən il baş verən devalvasiya nəticəsində əldə etdiyi gəlirin həcmini açıqlayıb
Bu barədə Oxu.Az fondun 2015-ci il üzrə hesabatına istinadən xəbər verir.2015-ci ildə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş manatın devalvasiyası çərçivəsində SOFAZ-ın investisiya portfelinə daxil olan valyuta və aktivlərin manat ifadəsi ilə dəyərinin artması səbəbindən fondun ümumilikdə 23 milyard 217,8 milyon manat, o cümlədən ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların manata qarşı məzənnəsinin artması ilə əlaqədar 22,501 milyard manat büdcədənkənar gəliri yaranıb.Xarici valyuta və aktivlərin yenidən qiymətləndirilməsi səbəbindən qızıl portfelinin qiymətinin artması ilə əlaqədar 716,8 milyon manat büdcədənkənar gəlir yaranıb. Bundan başqa, ötən il SOFAZ-ın investisiya portfelinə daxil olan valyutaların dollara qarşı məzənnələrinin və qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə 1 milyard 998,2 milyon dollar məbləğində büdcədənkənar xərcləri yaranıb.pia.az