Ermənilər Rusiya-Türkiyə barışından narahatdırlar

Rusiyaya meyvə və tərəvəz ixrac edən erməni iş adamları Rusiya-Türkiyə münasibətlərinin düzəlməsindən narahatdırlar
PİA.AZ axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı "Aykakan Jamanak" qəzeti yayıb. Qəzet Rusiyanın əvvəllər Türkiyəyə qarşı irəli sürdüyü sanksiyaların Ermənistan üçün sərfəli olduğunu bildirib. Belə ki, ilin əvvəlində Türkiyədən tərəvəz idxalına qoyulan qadağa sayəsində ermənilər Rusiya bazarında müəyyən pay sahibi olmağı bacarıblar: "Sanksiyalardan öncə Türkiyə Rusiyaya 300 min tona yaxın pomidor ixrac edirdi. Bu, Rusiyanın pomidor idxalının yarısı idi. Bu işdə Türkiyəyə heç kim rəqib ola bilmirdi. Görünür, sanksiyalar ləğv edilsə, erməni iş adamları yenidən Rusiya bazarını itirəcəklər".pia.az