Türkiyəli məşqçiləri deportasiya etdilər

İsveçrənin "Vil" klubunun məşqçiləri ölkədən deportasiya ediliblər
PİA.AZ Report-a istinadən xəbər verir ki, baş məşqçi Uğur Tütüneker və köməkçisi Necati Uzun işləmək üçün icazənin olmaması səbəbindən ölkələri Türkiyəyə göndəriliblər.İsveçrə polisi komandanın məşqi zamanı bazada yoxlama aparıb və məşqçilərin ölkədə qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Hər iki məşqçi işləmək üçün lazım olan icazə kağızı gələnə qədər Türkiyədə qalmalı olacaq.Qeyd edək ki, "Vil" komandası İsveçrə 1-ci liqasında mübarizə aparır.pia.az