Bakı metrosunda huşunu itirdi

Bu gün səhər saatlarında Bakı Metropolitenində daha bir insident yaşanıb
Basabas, vaqonlarda və stansiyalarda havanın temperaturunun yüksək olması sərnişinlərin narahatlığına, haqlı narazılığına səbəb olur.Milli.az bildirir ki, səhər saat 08.30 radələrində metronun "İçərişəhər" stansiyasında 45-50 yaşlı kişinin istiyə dözməyərək huşunu itirməsi də növbəti insident oldu.Stansiyadakı təcili yardım xidməti sərnişinə dərhal kömək göstərib.pia.az