“Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq“

"Gələcəkdə Türkiyə Rusiyaya Belarus, Ermənistan və Qırğızıstandan daha yaxın olacaq"
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib. O bildirib ki, perspektivdə Türkiyə NATO-dan çıxacaq və Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqının üzvü olacaq: "Rusiyaya Türkiyə ilə münasibətlər çox sərfəli olduğu kimi, Türkiyəyə də Rusiya ilə münasibətlər sərfəlidir". V. Jirinovskinin fikrincə, Rusiya-Türkiyəyə münasibətlərini tam həcmdə bərpa etmək vacibdir.pia.az