Fuad Qəhrəmanlının cinayət işi məhkəməyə göndəriləcək

Yaxın günlərdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan cinayət işi məhkəməyə göndəriləcək
Bu barədə virtualaz.org saytına vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Vəkil bildirib ki,işlə tanışlıqdan sonra cinayət işinə xitam verilməsi barədə vəsatət versələr də, istintaq orqanı vəsatəti təmin etməyib.Qeyd edək ki, F.Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.pia.az