Bakıda azyaşlı pəncərədən yıxılıb öldü

Binəqədi rayonunda bədbəxt hadisə baş verib
Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, iyunun 28-də Bakı şəhər sakini, azyaşlı İmran Quliyev Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evin pəncərəsindən (3-cü mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Araşdırma aparılır.pia.az