Baş nazir İstanbuldakı terrordan son anda xilas oldu

Göyərtəsində Albaniya baş naziri Edi Ramanın olduğu təyyarə İstanbul hava limanında terror aktı baş verən zaman aeroporta eniş edirmiş
PİA.AZ bildirir ki, bu barədə azvision.az "The Telegraph"-a istinadən xəbər verir. Məlumatda bildirilir ki, Rama Türkiyəyə rəsmi səfərə gəlib. Albaniya baş naziri və onun müşayiət edən şəxslər hadisə nəticəsində xəsarət almayıblar. Qeyd edək ki, ötən gün üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.pia.az