“Salyandan gətirilən körpənin vəziyyəti stabil-ağır olaraq qalır“

Nəsib Quliyev: "Körpənin durumu ilə bağlı yeni nəsə demək üçün avqustun 10-na kimi gözləmək lazımdır"
 “Salyan rayon Mərkəzi Xəstəxanasında doğulan üçəmlərdən sağ qalanının vəziyyəti stabil-ağır olaraq qalır və hazırda küveyzdə müalicəsi davam edir. Körpənin səhhəti ilə bağlı yeni nəsə demək üçün avqustun 10-na kimi gözləmək lazımdır”.Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.O bildirib ki, 8 günlük körpənin müalicəsi davam edir: “Körpə vaxtından 10 həftə əvvəl 1 kilo 200 qram dünyaya gəlib. Çəkisi lazımi bədən kütləsinə gəlib çıxana qədər bu vəziyyət davam edəcək. Ümid edirik ki, o zamana qədər körpə arzu olunan çəkiyə gəlib çatacaq. Bu məsədə təmkinli olmaq əsas şərtdir”.N.Quliyev əlavə edib ki, hazırda institutda 46 ağır vəziyyətdə olan körpə müalicə alır.Qeyd edək ki, iyunun 20-də Salyan rayon Mərkəzi Xəstəxanasında Mirzabitə İlham qızı Abdullayeva üçəm uşaq dünyaya gətirib. Xəstəxananın işıqları söndüyünə görə üçəmlərin ikisi tələf olub. Sağ qalan körpə Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.pia.az