25 yaşlı oğlan dəm qazından boğulub - Bakıda

Bakıda 25 yaşlı oğlan dəm qazından boğulub
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elşən Qasımov yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.  Faktla bağlı araşdırma aparılır.pia.az