Azərbaycanın üç rayonuna yeni prokuror təyin edilib

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub
 APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən Ramazan Hadıyev Füzuli, Namiq Muradov Xocavənd və Ülvi Abbasov İsmayıllı rayon prokurorları vəzifəsinə təyin ediliblər.pia.az