Obama işgəncələrdən tam imtinaya çağırdı

ABŞ prezidenti Barak Obama ABŞ-ın heç vaxt praktikada işgəncə tətbiqinə qayıtmamalı olduğunu bəyan edib
Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü ilə bağlı bəyanat verən B. Obama deyib ki, ABŞ keçmişdə yol verilən səhvləri etiraf edir və dünyada insanlarla humanist davranış metodlarının yayılmasına kömək göstərir.Qeyd edək ki, bu ili aprel ayında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan bəyan edib ki, MKİ əməkdaşları artıq sorğular zamanı su ilə işgəncə kimi metodlardan istifadə etməyəcəklər.Xatırladaq ki, 2014-cü ildə ABŞ-da ölkənin xüsusi xidmət orqanlarının xaricdəki məxfi həbsxanalarda saxlanılan, terror fəaliyyətində şübhəli sayılan şəxslərə qarşı işgəncə tətbiq etməsi barədə rəsmi hesabat açıqlanıb. Sənəd ABŞ Konqresinin Senatının Kəşfiyyat üzrə komitəsi tərəfindən hazırlanıb.(APA)pia.az