Castin Biberin sevgilisi ərəb milyarderə ərə getdi - Video, Foto

Məşhur kanadalı müğənni Castin Biberin sabiq sevgilisi, Playboy modeli Kseniya Deli ərəb milyarderə ərə gedib
Toy 1 milyon avroya başa gəlib.Milli.az TMZ-yə istinadən bildirir ki, Castin Biberin "What Do You Mean?" mahnısının klipindəki rolundan sonra məşhurlaşan 26 yaşlı Kseniya Deli ilə Misirin tanınmış iş adamlarından biri, 62 yaşlı Fəthi Ossama Rəbah əl Şərif evləniblər. Dəbdəbəli toy Yunanıstanın Santorini adasında olub.150 qonağın dəvət aldığı toyda Delinin əynində 800 min avroluq gəlinlik paltarı vardı. Paltar dünyaca məşhur modelyer Züheyr Muradın əsəri idi.Toya media mənsubları buraxılmadığından mərasimdə çəkilmiş fotolar azdır.Misirli milyarderin dediklərinə görə, onlar sabah Santorinini tərk edərək İsveçrəyə, Kseniya Delinin valideynlərinin yanına yollanacaqlar.pia.az