Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

«Brexit»dən sonra zəncirvari reaksiyadan qorunmaq xatirinə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları tədricən aradan qaldıra boilər. Bunu özünün «Facebook» səhifəsində Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Vladimir Aryev yazıb
Virtualaz.org UNİAN agentliyinə istinadən xəbər verir ki, Aryevin sözlərinə görə, referendum Avropa İttifaqı üçün əsl zəlzələ olub və bunun nəticələrini təşkilat hələ uzun müddət hiss edəcək. Bu nəticələr Uykrayna üçün də xoşagəlməz olacaq.«Avropa İttifaqı zəncirvari reaksiya getməsin deyə bütün xarici qıcıqlardan özünü təcrid edəcək və daxili problemlərinə qapanacaq. Buna görə də, 2017-ci ildən etibarən, çox mümkündür ki, Rusiyaya qarşı sanksuiyalar tədricən aradan qalxacaq, biz, Türkiyə və Gürcüstan üçün vizasız rekim isə qeyri-müəyyən müddətə təxirə salınacaq», - Aryev qeyd edib.O bildirib ki, Ukrayna tərəfi «Avropa ölkələrinin hazırda təhlükə altına düşmüş vahidliyinin olmayacağı təqdirdə Rusiyanın hərbi təcavüzünə qarşı dura bilməyəcək».pia.az