Rusiyanın Qarabağ reaksiyası deputatları hiddətləndirdi

Prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun prezidentlərin Sankt-Peterburq görüşündə mərhələli həlli barədə razılıq əldə olunmasına dair açıqlmasını Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın ədalətsiz şərh kimi qiymətləndirməsi Azərbaycanın millət vəkillərini hiddətləndirib
PİA.AZ saytı ANS TV-yə istinadən xəbər verir ki, millət vəkilləri ədalətsizliyin işğalçının tərəfini tutmaq olduğunu deyiblər. Millət vəkillərinin fikrincə bu bəyanat ona hesablanıb ki, Serj Sarkisyanı devirməsinlər."Zaxarovanın o cür açıqlaması qeyri-etikdir və diplomata yaraşmayan üslubdur. O, Novruz Məmmədovun açıqlamasını vicdansız açıqlama adlandırıb, Vicdansızlıq işğala haqq qazandırmaq işğalçını müdafiə etməkdir. Əslində elə Zaxarovanın belə acıqlı cavab verməsi onu göstərir ki, Novruz Məmmədov elə düz deyib", - bu sözləri millət vəkili Qüdrət Həsənquliyev deyib. Millət vəkili Fəzail Ağamalı Novruz Məmmədovun doğru olmayanı heç vaxt dilinə gətirən məmur olmadığını söyləyib. O bildirib ki, Zaxarovanın açıqlaması birbaşa Serj Sarkisyanın hakimiyyətinin qorunmasına xidmət edən və Putinin mövqeyinin üstündən xətt çəkən açıqlamadır. Həmçinin oxuyun: Novruz Məmmədov erməni nazirə: "Lap ağ eləyib" Millət Vəkili Siyavuş Novruzov isə deyir ki, ümummilli liderin dövründə də bu məsələ müzakirə olunub: "Zaxarovanın bəyanatı Ermənistanın daxilinə hesablanıb, çünki erməni ictimayəti anlayır ki, gec-tez torpaqları qayytarmalıdırlar".pia.az