İspaniyadakı seçkilər ​avronu daha da ucuzlaşdıra bilər

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması qərarından sonra kəskin ucuzlaşan avro iyunun 26-da İspaniyada keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olaraq ucuzlaşmağa davam edə bilər
"Report" xəbər verir ki, bazar günü İspaniyada keçiriləcək seçkilərdə sosial-demokratların güclənməsi və ya hakimiyyətə gəlməsi ilə İspaniyanın Aİ-dən ayrılmaq tələbləri önə çıxa bilər. Belə olarsa, avro ikinci şokla qarşılaşa bilər və qlobal valyuta bazarında ucuzlaşması davam edəcək."Report"un analitik qrupu avronun məzənnəsinin uzun müddət təzyiqlərlə üzləşəcəyini proqnozlaşdırır. Aİ-nin hər hansı bir üzvünün keçirəcəyi seçkilərdə Aİ-də qalmağa qarşı çıxan partiyaların üstünlük qazanması və ya avro pul vahidindən imtina üçün referendum xəbərləri avronun məzənnəsinin düşməsinə yol açacaq. USD/EUR məzənnəsinin dolların lehinə azalması və yaxın 1 il ərzində paritetə çatması ehtimal edilir. ABŞ-dakı prezident seçkilərində isə D.Tramp seçilməyəcəyi təqdirdə dollar daha da sürətlə möhkəmlənəcək. Seçkidən öncə isə dolların bir qədər ucuzlaşması mümkündür.pia.az