“Qarabağ“ın sabiq hücumçusu Türkiyə klubunda

"Roda"dan ayrılan "Qarabağ"ın sabiq futbolçusu Raydel Pupon karyerasını Türkiyənin "Boluspor" klubunda davam etdirəcək
PİA.AZ qol.az-a istinadən bildirir ki, hollandiyalı futbolçu Bolu təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. "Boluspor"la müqavilə imzaladığım üçün xoşbəxtəm. Klub mənə inandı, mən də bura bir şeylər etmək üçün gəlmişəm" - deyə 29 yaşlı futbolçu bildirib. Türkiyə PTT 1-ci liqasında çıxış edəcək "Boluspor" ötən mövsümü 12-ci pillədə başa vurub.Qeyd edək ki, 2015-ci ildə "Qarabağ"da çıxış edən Pupon daha sonra Hollandiyanın "Roda" klubuna transfer olunub.pia.az