Britaniyanın qərarı manata necə təsir edəcək? - Mərkəzi Bank açıqladı

Mərkəzi Bankdan dollar açıqlaması: ""Brexit"lə əlaqəsi yoxdur"
“Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında “Brexit”lə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır”.PİA.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan Trend-ə bildirilib.Ölkənin əsas bankı qeyd edir ki, xarici valyuta bazarındakı tələb-təklif nisbətinə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin də ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir.pia.az