Aİ-nin təsisçi ölkələri bir araya gəlir

Aİ-nin təsisçi ölkələri bir araya gəlir - Britaniya referendumunun müzakirəsi üçün
Avropa İttifaqının əsasını qoyan 6 ölkənin xarici işlər nazirləri iyunun 25-də Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun nəticələrini müzakirə edəcəklər.TASS-ın verdiyi məlumata görə, Almaniya, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq xarici işlər nazirləri Berlində, Almaniya XİN-in iqamətgahı Borziq villasında toplanacaqlar.Xatırladaq ki, Böyük Britaniyada keçirilən referendumun nəticələrinə əsasən seçicilərin 52 faiz seçici Birləşmiş Krallığın Aİ-də fəaliyyətinin dayandırılmasının lehinə səs verib.(APA)pia.az