Sərkisyan Füzulidə, Lələtəpə istiqamətində

Son məlumata görə bu gün Qarabağa gələn Ermənistan prezidenti Serj Sərkisyan birbaşa təmas xəttinə yola düşüb və cəbhənin cənub istiqamətinə (Füzuli-Cəbrayıl) gəlib
Sərkisyan orada erməni qüvvələrinin yüksək rütbəli zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttinin həmin istiqamətindəki vəziyyəti müzkirə edib.Xatırladaq ki, aprel döyüşlərində Azərbaycan ordusu təmas xəttinin cənub istiqamətində də düşmənin müdafiə xəttini yararaq onu geri oturdub, stratji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad edib.*   *   *Ermənistan prezidenti Serj Sərkisyan bu gün günün ikinci yarısında Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və çatan kimi təmas xəttinə yola düşüb.virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyanın təmas xəttinin hansı istiqamətində olduğu açıqlanmır. Qondarma Qarabağ erməni rejiminin təmsilçisi David Babayan deyib ki, Sərkisyan sabah da bəzi tədbirlərdə iştirak edəcək. Və səfər haqda daha sonra açıqlama veriləcək. Bununla belə Babayan bu səfərin prezidentlərin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı olmadığını, "ümumi xarakter daşıdığını" deyib.pia.az