Zamirə Hacıyeva özünə vəkil tutdu

Aqil Layıcov Cahangir Hacıyevin həyat yoldaşının da vəkili oldu
Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya yeni vəkillə müqavilə bağlıyıb. Bizimyol.info xəbər verir ki, sabiq bankirin yeni vəkili Aqil Layıcovdur. Qeyd edək ki, Aqil Layıcov həm də Cahangir Hacıyevin vəkillərindən biridir.Xatırladaq ki, bir necə gün əvvəl “Beynəlxalq Bank işi”ndə yeni sensasion məlumatlar yayılıb. Məlum olub ki, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. İstintaqda olan məlumata görə, Z.Hacıyeva Londona gedib. Z.Hacıyeva barədə məhkəmə qərarından belə məlum olur ki, o, xeyli müddət əvvəl – 15 noyabr 2014-cü ildə Bakını tərk edib və bu günə qədər də geri qayıtmayıb.Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.Həbs sanksiyasında Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub.Cahangir Hacıyev də 2015-ci il dekabrın 5-də Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunaraq həbs edilib.pia.az