“Yaxın saatlarda hər şey aydın olacaq“

"Sankt-Peterburq görüşü ən yaxın saatlarda hərb ssenarisinin olub-olmayacağına aydınlıq gətirəcək"
Bu sözlər politoloq Tofiq Abbasovun Axar.az-a verdiyi açıqlamada yer alır. Ekspert prezidentlərin bu gün baş tutacaq Sankt-Peterburq görüşü ilə bağlı danışıb: “Kazan görüşünün potensialı indi kara gəlir, lakin bunu tam pozitiv adlandırmaq olmaz. Yəni Kazan formatından qalan bəzi çətinlik və anlaşılmazlıqlar, sadəcə, nəzərə alınır. Digər tərəfdən isə müharibəyə “hə” demək olmaz və vasitəçilər də daim sülh yolunun ona görə alternativsiz olduğunu diqqətə gətirirlər ki, tərəfləri güc vasitəsindən yayındırsınlar. Lakin sülh meydanında ermənistansayağı daim eksperimentlərə yol verməklə işi dalandan çıxarmaq mümkün olmayacaq. Əgər siyasi proses axsayırsa, deməli, Ermənistan şərait yaradır ki, status-kvo pozulmasın. Bu isə rəsmi Bakının maraqlarına ziddir və onu qane edə bilməz. Vasitəçilər bir ağızdan “müharibəyə yol verməyin” desələr də, hərbi toqquşmaları istisna etmək olmaz. Sankt-Peterburq görüşü ən yaxın saatlarda hərb ssenarisinin olub-olmayacağına aydınlıq gətirəcək”.pia.az