Rusiya NATO-nu hədələdi

"Rusiya Qara dənizdə NATO-nun həmlələrinin qarşısını almaq üçün cavab tədbirləri görəcək"
Bunu jurnalistlərə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib.Onun sözlərinə görə, Rusiya heç vaxt Qara dənizin NATO gölünə çevrilməsinə izn verməyəcək:“NATO hazırda münaqişə sxemini Qara dənizə keçirməyi planlaşdırır. Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Qara dənizi Rusiya gölünə çevirmək olmaz. NATO-da yaxşı başa düşürlər ki, Qara dəniz heç vaxt NATO gölü olmayacaq. Biz bununla bağlı lazımı tədbirlər görəcəyik”. (axar.az)pia.az