Nardaran hadisələri ilə bağlı cinayət işinin istintaqı başa çatıb

Nardaran hadisələri zamanı saxlanılan 20 nəfərin cinayət işi üzrə istintaq yekunlaşıb
 Bu barədə Lent.az-a saxlanılanlardan Abbas Hüseynin vəkili Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, artıq 20 nəfərin cinayət işi üzrə istintaq yekunlaşıb: “Onların içində Taleh Bağırov, müavini Elçin Qasımovun, ilahiyyatçı Zülfüqar Mikayılov, Abbas Hüseyn və Fuad Qəhrəmanlıya verilən ittihamlar elan edilib. Yaxın günlərdə cinayət işi ilə vəkillər tanış olacaq.  Qeyd edək ki, Daxili İşlər Nazirliyi keçən il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi, xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. T.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.pia.az