Misirdə hərbçilərə qarşı terror - 6 hərbçi həlak oldu

Misirdə, Sinay yarımadasının şimalında yerləşən Şeyx-Züveyd şəhəri bölgəsində hərbi zirehli maşının partladılması nəticəsində 6 hərbçi həlak olub, 6-sı isə ağır yaralanıb
Musavat.com xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən “Maan” xəbər portalı xəbər verir.Misirdə artıq iki ildir ölkənin şimalında məskunlaşan ekstremist qruplara qarşı hərbi əməliyyatlar keçirilir. Radikalların təhlükəsizlik orqanları əməkdaşlarına qarşı hücumu, demək olar ki, hər gün baş verir. Bu müddət ərzində yüzlərlə polis və hərbçi həlak olub və ya yaralanıb.Misir hərbçilərinə qarşı təşkil edilən hücumla bağlı məsuliyyəti özlərini Sinay yarımadasında “İslam dövləti”nin əmirliyi adlandıran qrup üzərinə götürüb.pia.az