Çində dünyanın ən uzun şüşə körpüsü tikilib

Çinin cənub-şərqində yerləşən Xunan əyalətində dünyanın ən uzun şüşə körpüsünün tikintisi başa çatıb
Musavat.com South china morning post saytna istinadən bildirir ki, körpü qurğusu Tyanmenşan milli parkında Çjantzyatse kanyonunda 300 metr hündürlükdə ərsəyə gətirilib. Körpünün uzunluğu 393 metr, eni isə 6 metrdir.Körpü xüsusi qurğularla dəstəklənən platforma ilə təchiz olunub.Bu dövrə qədər ən uzun belə qurğu eyni əyalətdə tikilən Hero bridge olub (300 metr).pia.az