Taliban avtobusları gülləbaran etdi - 17 ölü

Əfqanıstanın şimalında Taliban təkilatının üzvü olan terrorçular bir neçə avtobusu gülləbaran ediblər
Musavat.com-un xarici xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə Əfqanıstanın Kunduz əyalətində baş verib. Əyalət qubernatorunun sözcüsü Seyid Mahmud Daniş talibançıların avtobusları silah gücünə dayandırdıqlarını, 17 sərnişini güllələyərək qətlə yetirdiklərini bildirib. Polsi mənbələri də 17 insanın həlak olduğunu, onlarla sərnişinin girov götürüldüyünü təsdiqləyiblər.pia.az