Canavarlar İsmayıllı sakininin üzünü parçaladı

İsmayıllı rayonunun Mücəftəran kəndi canavarların hücumuna məruz qalıb
PİA.AZ azvision.az-a istinadən bildirir ki, canavarlar qoyun sürüsünə və yerli sakinlərə hücum çəkib. Hadisə zamanı bir neçə qoyun tələf olub.Kənd sakinləri arasında xəsarət alanlar da var. Canavarların hücumu zamanı yerli sakinlərdən birinin hər iki qolu və üz nahiyəsini parçalanıb, çənəsi isə bir neçə yerdən sınıb.Hazırda həmin şəxsin vəziyyətinin ağır olduğu bildirilir.Sakinlər dəfələrlə kəndin ərazisində canavara rast gəldiklərini bildiriblər.pia.az