Ərdoğan Uqanda və Keniyaya səfər edəcək

İyunun 1-2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Uqanda və Keniyaya rəsmi səfər edəcək
Bu barədə dövlət başçısının administrasiyası xəbər verib. Məlumata əsasən, bu, tarixdə Türkiyə dövlət başçısının Uqandaya etdiyi ilk səfərdir. Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Uqanda prezidenti Yoveri Museveni ilə görüşəcək. İyunun 2-də Keniyaya yollanan Türkiyə prezidenti bu ölkənin başçısı Uhuru Keniatta ilə danışıqlar aparacaq. Ərdoğanın keçirdiyi görüşlər əsnasında ikitərəfli münasibətlər və regional problemlər müzakirə ediləcək. (apa)pia.az