Prezident İlham Əliyevin açılış etdiyi SOCAR-ın yeni 40 mərtəbəli binası - Fotolar

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub
Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verdi.Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.PİA.AZ musavat.com-a istinadən SOCAR-ın yeni binasından fotoları təqdim edir: