Bu yollardan hətta istirahət günlərində də keçmək olmur

Bakının yol dərdi bitmək bilmir
Bakı Nəqliyyat Agentliyindən (BNA) milli.az-a verilən məlumata görə, bu gün rəsmi olaraq qeyri-iş günü olmasına baxmayaraq, səhər saatlarında paytaxtın Azadlıq prospekti, Xudu Məmmədov, Hüseynbala Əliyev küçəsi, Ənvər Qasımzadə eləcə də Rahib Məmmədov və Aşıq Ələsgər küçələrinin kəsişməsində əqliyyat vasitələrinin sıxlığı və hərəkət sürətinin azalması müşahidə olunub.Şəhər sakinlərinin sözlərinə görə isə, xüsusən də Azadlıq prospektinin Binəqədi rayonu ərazisində olan hissəsi demək olar ki, keçilməz olub.  Paytaxtda yol infrastruktunun təkmilləşdirilməsi məqsədilə görülən işlər də bu yolun dərdini, yükünü  azaltmır ki, azaltmır...pia.az