Azərbaycanda baş redaktor intihara cəhd etdi

"Bakupress.az"saytının baş redaktoru Şəfəq Ağacan çoxlu sayda dərman preparatları qəbul edərək intihara cəhd göstərib
PİA.AZ xeberle.com-a istinadən xəbər verir ki, dərhal xəstəxanaya yerləşdirilən jurnalist xanımın həyatını həkimlərin müdaxiləsi sayəsində qurtarmaq mümkün olub.Hadisəyə səbəb kimi jurnalistin Nicat adlı şəxs tərəfindən şantaj edilməsi göstərilir. Polis əməkdaşları tərəfindən ifadəsi alınan Şəfəq Ağacanın vəziyyətini həkimlər orta ağır qiymətləndirirlər.Qeyd edək ki, Şəfəq Ağacan Sumqayıt şəhər sakinidir.pia.az