Avtomobili qadının üstünə sürdü

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb. "VAZ 2106" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənarda dayanan qadını, Çuxuryurd kənd sakini, 1951-ci il təvəllüdlü İbrahimova Şövkət Seyfəddin qızını vurub. Ağır bədən xəsarətləri alan Şövkət İbrahimova hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)pia.az