İŞİD “Avro-2016”nın final oyunlarını hədəf seçdi

İngiltərə polisi bir neçə gündən sonra başlayacaq furbol üzrə 2016-cı ilin Avropa Çempionatı ilə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, 10 iyun-10 iyul tarixlərində Fransada keçiriləcək “Avro-2016” ərəfəsində ingilis polisindən antiterror xəbərdarlığı gəlib.İngils polisi bəyan edib ki, “Avro-2016”nın oyunlarının keçirələcəyi stadionlara “İslam dövləti” (İŞİD) teror təşkilatının “canlı bomba”latrı tərəfindən hücumların təşkil olunma ehtiçalı var. Əldə olunan məxfi məlumata görə, İŞİD bir ay müddətində Fransada təşkil olunacaq Avropa Çempionatının final mərhələsini hədəfə alıb. “Avro-2016”nın oyunlarına 1 milyondan çox adamın qatılacağı nəzərə alındığında İŞİD-in ehtimal olunan terror aktları nəticəsində kütləvi qırğınların törədilə biləcəyi mümkün sayılır.Bu səbədən “Avro-2016”nın oyunları keçirələcək stadionlarda təhlükəsizlik tədbirlərinin maksimum gücləndirilməsi qərara alınıb.Xatırladaq ki, 2015-in noyabr ayında İŞİD terrorçuları Fransanın paytaxtı Parisdə aralarında konsert salonu, futbol stadionu və bir kafenin olduğu yerlərə hücum təşkil etmiş və 134 nəfərin ölümünə səbəb olmuşdular.pia.az