İraqın Hit şəhərinə hücum edən 60 İŞİD terrorçusu məhv edilib

İraqın Ənbar əyalətinin inzibati mərkəzi Ramadidən 70 km. məsafədə yerləşən Hit şəhərinə hücum etmək istəyən ən azı 60 İŞİD terrorçusu hökumət qoşunları tərəfindən məhv edilib
“Report” xəbər verir ki, bu barədə regionda hərbi əməliyyatlar komandanlığı bəyanat yayıb."İraq ordusunun dəstələri İŞİD qruplaşmasının Hit şəhərinə hücumunun qarşısını alıb, ən azı 60 terrorçu zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.Eyni zamanda, "Əl-Cəzirə" telekanalının məlumatına görə, yaraqlıların Hitə hücumu zamanı onlar bir neçə şəhərətrafı məhəlləni ələ keçirə biliblər.pia.az