Dünya Bankı Ermənistana tranş ayırdı

Dünya Bankı Ermənistana tranş ayırdı - Kəlbəcərə yol şəkilişi üçün
Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb ki, 25 gündən sonra dövlətlərarası Martuni-Vardenis-Sotk magistralının (M-11) 6,5-11,1-ci kilometrində əsaslı təmir işlərinə başlanılacaq.Virtualaz.org-un Novosti Armeniyaya istinadən məlumatına görə, nazirlikdən bildiriblər ki, haqqında söhbət gedən yolun əsaslı təmiri 2016-cı ildə Dünya Bankının vəsaiti hesabına tikiləcək və əsaslı təmir olunacaq “həyati əhəmiyyətli yollar” siyahısına salınıb.Xatırladaq ki, həmin sahə strateji əhəmiyyət daşıyır və Ermənistanı işğal olunmuş Qarabağla birləşdirir.Onu da qeyd edək ki, bir azdan Azərbaycan Xarici İşlər Nazirliyinin bunula bağlı bəyanatını diqqətinizə çatdıracağıq.pia.az