General Manvel “Samo”nu adam saymır: “O kimdir elə?”

Ermənistan parlamentinin deputatı, “Yerkrapa” yarımhərbi könüllülər təşkilatının rəhbəri, general Manvel Qriqoryanın qondarma “DQR”in keçmiş “müdafiə naziri” Samvel Babayanın Qarabağa qayıdıb hakimiyyəti ələ almaq planlarına münasibət bildirib
Virtualaz.org xəbər verir ki, general Manvel jurnalistlərin bu barədə sualına cavab olaraq deyib ki, Samvel Babayan adında adam tanımır. “Mən 55 gün Qarabağda oldum, Samvel Babayan adında adam eşitmədim. O kimdir elə?”-Manvel Qriqoryan ironiya ilə bildirib.Xəbər verildiyi kimi murdar əməlləri ilə ad çıxarmış general Samvel Babayan bu günlərdə Moskvadan İrəvana dönüb. Mətbuata ilk müsahibəsində erməni ordusunun indiki vəziyyətinə görə hakimiyyəti təqdim edib və tezliklə Qarabağa yollanacağını bildirib. “Çünki bütün missiyam Qarabağla əlaqəlidir”-o deyib. Mətbuat yazır ki, general “Samo” radikal mövqedən çıxış edən keçmiş səhr komandirlərini başına yığıb Qarabağda hakimiyyəti yenidən ələ alacaq.General Manvelin isə qarabağlı səhra komandirləri ilə münasibətləri gərgindir. Aprel döyüşləri zamanı Manvel Qriqoryan korteji ilə birlikdə Hadrut rayonunda gedəndə qarşısına çıxan qarabağlı hərbçiləri söyüb və tərəflər bir-birinə silah çəkib.pia.az