Küçənin ortasında 4-ü uşaq olmaqla, 12 nəfəri güllələdilər

Venesuelanın Truxilyo ştatının Andres-Belyo qəsəbəsində silahlı şəxslər 4-ü uşaq olmaqla, 12 nəfəri küçənin ortasında qətlə yetiriblər
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları hazırda motosiklet və avtomobillərlə hərəkət edən silahlıların müəyyən edilərək saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir. Polis  insidentdə səbəb kimi iki cinayətkar dəstə arasında ədavətin olmasını istisna etmir. Belə ki, qətlə yetirilən şəxslərdən iki nəfər barəsində qətllərə görə axtarış elan olunub.   pia.az