“Euronews”da Bakı ilə bağlı növbəti veriliş

Son bir neçə il ərzində Mədəniyyət və Turizm Nazirliyi dünyanın ən məşhur xəbər kanallarından olan “Euronews” kanalı ilə uğurlu əməkdaşlıq aparır
“Qafqazinfo” xəbər verir ki, nazirlik ilə “Euronews” kanalı arasındakı əməkdaşlıq çərçivəsində bu kanal təkcə bizim ölkənin turizm və mədəniyyət potensialının reklamının yayımlanması ilə kifayətlənmir.“Euronews” kanalında reklam çarxlarının nümayişi ilə yanaşı “Postcards”, “Le Mag” və “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar nümayiş olunur, habelə Euronews.com saytında müvafiq elektron banner kampaniyaları təşkil olunur.Əməkdaşlıq çərçivəsində “Euronews” kanalı tərəfindən “Postcards” proqramının Alov Qüllələrinin arxitekturasına dair xüsusi buraxılışı hazırlanıb. Buraxılışda bu yeni tikilinin adının və dizaynının ölkənin qədim təsviri olan “Odlar yurdu” ilə bağlı olduğu bildirilir. Həmçinin binanın 2013-cü ildə istifadəyə verildiyi və binanın mehmanxana, ofis kimi fəaliyyət göstərdiyi, ən hündür hissəsinin isə 38 mərtəbədən ibarət olduğu barədə məlumat verilir.Verilişi aşağıda qeyd olunan link vasitəsilə ilə izləyə bilərsiniz:http://www.euronews.com/2016/05/27/postcards-from-azerbaijan-the-baku-flame-towers/pia.az