Bakı sakininin 205 min dollarını mənimsədilər

Bakı şəhər sakini polisə müraciət edərək tanışı olan şəxsin ondan 205 min dollar aldığını və geri qaytarmadığını bildirib
Musavat.com-un məlumatına görə, 1974-cü il təvəllüdlü Azər İbadzadə Bakı şəhər Baş Polis idarəsinə müraciət edib.O, bildirib ki, 2010-cu ildə 1974-cü il təvəllüdlü İlqar Qəniyev onun etibarından sui-istifadə edərək, 205 000 ABŞ dolları alıb və geri qaytarmayıb. Məlumata görə, A.İbadzadə pulu tanışına iş qurmaq məqsədi ilə verib.Şikayətlə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.pia.az